Nida.az
Rusiya Ermənistana istismar müddəti bitmiş silahları verir - Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kredit razılaşması əsasında Rusiyadan silah alması barədə məlumatlara münasibət bildirib.
Publika.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı APA-nın sorğusuna cavab olaraq bildirib ki, müharibə edən ölkə üçün 200 milyon ABŞ dolları cüzi məbləğdir, bu pulla ordunu silahla təmin etmək mümkün deyil: “Nəzərə alsaq ki, hazırda Ermənistanda korrupsiya və rüşvətxorluq tüğyan edir və ölkələrinin rəhbərliyində təmsil olunan şəxslərin hamısı kriminal ünsürlərdir, bu pulların böyük hissəsinin elə həmin rejim tərəfindən mənimsəniləcəyi şübhəsizdir”.
V. Dərgahlı qeyd edib ki, son illər Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb: “Uzun illər öncə istehsal edilən və istifadə olunmayan, istismar müddəti bitmiş silahlar və hərbi texnika kredit yolu ilə Ermənistana verilir. Biz aprel əməliyyatlarında bunun canlı şahidi olduq. Son əməliyyatlarda ermənilərin atdığı mərmilərin əksəriyyəti köhnə olduğu üçün partlamadı, torpağa batıb qaldı. Həmin mərmilər hərbçilərimiz tərəfindən yığılaraq məhv edildi. Ermənistan rəsmilərinin bundan əlavə başqa mənbələrdən də silah alması barədə səsləndirdikləri fikirlər də “blefdir”. Apreldə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, diaspor təşkilatları yardım üçün 5-6 milyon ABŞ dolları yığıb. Bu məbləğ isə çatsa-çatsa, apreldə məhv edilən erməni hərbçilərinin dəfn mərasimlərinə və onların ailələrini susdurmaq məqsədilə verilən yardımlara bəs edər. O ki qaldı 1980-ci illərdə istehsal olunan texnikanın “super” vəziyyətdə olması barədə Arsrun Ovannisyanın açıqlamalarına, bu da ermənilərin növbəti uydurmasıdır. Çünki 30 il bundan əvvəl istehsal olunan silahları alıb və onları tərifləyərək müasir silahlarla müqayisə etmək də bir nağıldır”.
V.Dərgahlı xüsusi olaraq bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesinin başlandığını açıqlayıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?