• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

"Qüdrət Həsənquliyevi Rusiyapərəstlikdə ittiham etmək axmaqlıqdır"

  • Nida.az
  • 5 May 2016 04:45
  • 425 Baxış
"Qüdrət Həsənquliyevi Rusiyapərəstlikdə ittiham etmək axmaqlıqdır"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin mətbuata verdiyi son müsahibəsində " Biz Qarabağ məsələsində ruslarla razılaşıb, yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsinə, Avrsiya İqtisadi İttifaqına və Gömrük İttifaqına qoşula bilərik" fikirləri Milli Şura üzvüləri tərəfindən etirazla qarşılanıb.

Hətta Milli Şura üzvüləri Qüdrət Həsənquliyevi Rusiya yönümlü siyasət apramaqda da ittiham ediblər. BAXCP sədrinə qarşı yönələn ittihamlarla bağlı Publika.az-a acıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Milli Şura üzvülərinin irəli sürdüyü ittihamların heç bir əsası ola bilməz və bunların hamısı qərəzli adamlardı;

“Görün bu adamlar nə qədər utanmırlar ki, Rusiyanın layihəsi olan "Milli Şura" üzvüləri bütün həyatını Azərbaycanın dövlət və milli maraqlarını müdafiə edən Qüdrət Həsənquliyevə böhtan atırlar!Qüdrət Həsənquliyev Rusiyanın adamı olsa idi, "Milli Şura" yarananda orada olardı. Neçə ki, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Əli Kərimli və digərləri kimi. Qüdrət Həsənquiyev Milli Şura üzvülərindən fərqli olaraq Putinə şanlı məktub yazmayıb və onu "ən böyük demokrat" adlandırmayıb. Bütün bunarı edən və Rusiyanın layihəsində baş rolda oynayan adamlar indi BAXCP liderinə qarşı qarayaxma kampaniyası aparırlar. Milli Şuranın və Əli Kərimlinin fəxri lideri Rüstəm İbrahimbəyov hal-hazırda Rusiyaya sığınıb və onların tapşırıqlarını icra edir.

Qüdrət bəy yeganə siyasətçilərdəndir ki, açıq mətinlə söyləyir ki, Qarabağın işğalını Rusiya edib və bütün danışıqlar da Rusiya ilə aparılmalıdır. Hansının cəsarəti çatıb deyə bilər ki, Qarabağı Rusiya işğal edib? Nə Əli Kərimli, nə də digərləri bu fikirləri deyə bilməz! 2013-cü il prezident seçkilərinə Əli Kərimli başda olmaqla Milli Şura üzvüləri imza atdılar ki, Azərbaycan xalqı referndum yolu ilə özünün beynəlxalq siyasətini müəyyənləşdirəcək. Yəni, biz Qərb siyasəti deyil, Rusiya yönümlü siyasət apara bilərik. Belə bir adamların irəli sürdüyü fikirlər qərəz və axmaqlıqdan başqa bir şey deyil. Qüdrət bəy mətbuatda deyib ki, Rusiya ilə acıq danışıqlara getməliyik. Rusiyanın cənubi Qafqazda maraqları nədir və biz bunun hansını edə bilərik. Biz Rusiya ilə sövdələşmə etməliyik. Rusiya hər iki tərəfin mövqeyini tərəzinin gözünə qoyub, kimin yanında yer tutacağı ilə bağlı qərar verməlidir. Əgər Rusiya bizim torpaq bütövlüyümüzü bərpa etmək haqqımızla razılaşmasa, Azərbaycan höküməti xalqa acıq müraciət edib müharibə variantı seçməlidir. Qüdrət Həsənquliyev bunları deyib!”

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>