ABŞ Türkiyə - Azərbaycan hərbi ittifaqına yaşıl işıq yandırdı - Yeniləndi
Bizi izləyin

Nida.az

ABŞ Türkiyə - Azərbaycan hərbi ittifaqına yaşıl işıq yandırdı - Yeniləndi

Con Kerri: Azərbaycandan qazın böyük həcmlərdə nəqli məsələsi gündəlikdədir

ABŞ-ın dövlət katibi Con Kerri yazın sonuna kimi Azərbaycana səfər edəcək. Lakin səfərin vaxtı hələ dəqiqləşməyib. Gürcü mənbələri də həmçinin dövlət katibnin Tiflisə gələcəyini xəbər veriblər. C.Kerrinin səfərinin regional olacağı, yəni onun Ermənistana da səfər edəcəyi isə məlum deyil.

Publika.Az – ın veridiyi xəbərə görə, Rusiya mətbuatı Ukrayna böhranından sonra ABŞ diplomatlarının postsovet məkanında fəallığının artdığını yazıb.

Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu günlərdə Moldovaya səfər edib. Onun həmkarı Desai Nisval isə Qazaxıstan və Qırğızıstana baş çəkib. Onların rəhbəri Con Kerri isə Azərbaycana və Gürcüstana gəlməyə hazırlaşır.

“Heç şübhəsiz ki, səfərin məqsədi diplomatik dillə desək, Rusiya təsirinin gücləndirilməsinə qarşı tədbirlər görməkdir”, - Rusiya mətbuatı qeyd edib.

ABŞ dövlət katibinin gözlənilən səfərini şərh edən “Cənubi Qafqaz” Politoloqları Klubunun rəhbəri İlqar Vəlizadə səfərin Azərbaycan-ABŞ münasibətləri üçün tarixi hadisə olacağını bildirib. Onun fikrincə, Əqfqanıstandan koalisiya qüvvələrinin çıxarılması və Amerika şirkətlərinin iştirakı ilə energetika layihələrinin reallaşdırması ən aktual məsələlərdir. Politoloqun sözlərinə görə, C.Kerrinin Bakı səfərində regional mövzular, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müzakirə olunacağını deyib.

“Tərəflər heç vaxt gizlətməyib ki, münasibətlərin inkişafında maraqlıdır. ABŞ Azərbaycanı yalnız partnyor deyil, həm də Cənubi Qafqazda öz maraqlarının müdafiəçisi funksiyalarını yerinə yetirən müttəfiq olaraq görmək istəyir”, - İ.Vəlizadə bildirib.

Politoloq ABŞ-ın əvvəlki dövlət katibləri Hillari Klinton və Dik Ceyninin Bakı səfərlərini xatırladıb və H.Klintonun səfərindən əvvəl Bakı və Vaşinqtonun “böyük yaxınlaşması” barəsində danışılmasına baxmayaraq, bunun baş vermədiyini deyib.

Rusiya mətbuatı ABŞ dövlət katibinin Bakı səfərində Azərbaycan və Türkiyənin hərbi ittifaqı məsələsinə toxunacağını da istisna etməyib. Türkiyə diplomatik mənbələrin məlumatına görə, Bakı və Ankara yeni genişmiqyaslı hərbi razılaşma hazırlayırlar və bu razılaşma xarici təcavüz halında ölkələrin öhdəliklərini göstərəcək.

“Haqqin.az” saytı isə Türkiyə diplomatik mənbələrə istinad edərək iddia edir ki, NATO daha əvvəl Ankaranı Bakı ilə hərbi razılaşma bağlamaq fikrində daşındırıb. Ukraynada hadisələrdən isə hərbi ittifaqın yaradılması barədə müqavilənin imzalanması üçün yaşıl işıq yandığı bildirilir.

“Əgər bu ittifaq yaranacaqsa, bu region başqa ölkələrin özbaşınalığından xilas edəcək”, - sayta açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov söyləyib.

Ömər Dağlı

13.28

ABŞ və Avropa öz enerji resurslarının nəqlinin şaxələndirilməsi yolunda çox işlər görməlidirlər və Azərbaycandan qazın böyük həcmlərdə nəqli məsələsi gündəlikdədir. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə enerji məsələləri üzrə Aİ-ABŞ Şurasının iclasında bildirib.

Kerri deyib: "Bu gün "Cənub Qaz Dəhlizi" ilə Türkiyəyə, oradan da Avropaya nəql olunacaq Azərbaycandan böyük həcmlərdə qazın ixracı yollarının axtarışı məsələsi gündəlikdə durur". Onun nitqi ABŞ Dövlət Departamentinni rəsmi saytında yerləşdirilib.

Kerri həmçinin qeyd edib ki, Avropada qazı istehlakçılara çatdıracaq LNG-terminalların və boru kəmərlərinin tikintisi də daxil olmaqla, digər imkanlar [ixracın şaxələndirilməsi] da mövcuddur.

Kerrinin sözlərinə görə, vacib olan enerji resurslarının bir tədarük mənbəyindən asılı olmamaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm