MÜHARİBƏ VERSİYASI: “DQR”in tanınması layihəsi Ermənistan parlamentində
Bizi izləyin

Nida.az

MÜHARİBƏ VERSİYASI: “DQR”in tanınması layihəsi Ermənistan parlamentində

Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ rejiminin “müstəqilliyi”nin tanınması haqqında qanun layihəsini parlamentə göndərib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinə rəy verib.

Rəyin izahedici qeydində bildirilir ki, qanun layihəsinin qəbulu “DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır.

Ermənistan parlamenti sənədi mayın 10-da keçiriləcək növbədənkənar iclasında müzakirə edəcək.

Qeyd edək ki, qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm