Mehriban Vəzir Milli Şuradan çıxarıldı – MƏXFİ MƏKTUB
Bizi izləyin

Nida.az

Mehriban Vəzir Milli Şuradan çıxarıldı – MƏXFİ MƏKTUB

Mehriban Vəzir Milli Şura üzvlüyündən çıxarılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, M. Vəzi Milli Şuranın iclasında verilən qərarla qurumdan uzaqlaşdırılıb. Lakin səbəblər açıqlanmır.

M. Vəzir isə bildirib ki, onun Milli Şuradan çıxarılması İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında tutduğu mövqe ilə bağlıdır: “Milli Şuraya verilən böhtan və yalan dolu hesabatı ifşa etdiyim üçün mənə qarşı bu addımı atdılar”.

Qeyd edək ki, Mehriban Vəzir Koalisiyada Milli Şuranı təmsil edən Oqtay Gülalıyevin Milli Şura rəhbərliyinə ünvanladığı məktubu ictimailəşdirib. O.Gülalıyev məktubda Koalisiyanın Ümumi Yığıncağında keçirilən seçkilərin nəticələri barədə Milli Şura rəhbərliyini məlumatlandırıb və qeyd edib ki, seçkilərdə müxalifət qalib gəlib, hökumətin planları baş tutmayıb və s.

Mehriban Vəzir həmin məktubu Koalisiya üzvləri arasında paylaşandan sonra Milli Şuranın funksioneri Oqtay Gülalıyevdən izahat tələb olunub. O, izahat verməkdən imtina edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm