Rəsmi Moskva mövqeyini açıqladı: “Dağlıq Qarabağın tanınması...”
Bizi izləyin

Nida.az

Rəsmi Moskva mövqeyini açıqladı: “Dağlıq Qarabağın tanınması...”

“Moskva Qarabağ münaqişəsinin tərəflərini kövrək barışığı poza biləcək addımlardan çəkinməyə çağırır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva münaqişə tərəflərinin “ağıllı” davranışlarına ümid edir.

Dağlıq Qarabağ separatçı rejiminin “müstəqilliyi”nin tanınması haqqında qanun layihəsinin Moskva və Ermənistan arasında müzakirəsinə gəlincə, Peskov bu mövzunun Moskva ilə müzakirə olunmadığını bildirib.

“Bu mövzu Moskva ilə müzakirə edilməyib. Biz bu kontekstdə qəbul olunan qərarları çox diqqətlə müşahidə edirik. Və sözsüz ki, münaqişə tərəflərini əvvəlki kimi kövrək barışığı poza biləcək və bütövlükdə Dağlıq Qarabağda gərginliyin artmasına gətirib çıxara biləcək hər hansı addımlardan çəkinməyə çağırırıq”, - Kremlin sözçüsü söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm