ABŞ səfirinin müşaviri: “Azərbaycanda özümüzü çox təhlükəsiz hiss edirik” – FOTOLAR
Bizi izləyin

Nida.az

ABŞ səfirinin müşaviri: “Azərbaycanda özümüzü çox təhlükəsiz hiss edirik” – FOTOLAR

“Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çox yaxşı addımdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı Səfirliyinin təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Emi Pitersen bildirib.

Diplomat deyib ki, Azərbaycan da ABŞ kimi dünyəvi dəyərlərə hörmətlə yanaşan və sözün həqiqi mənasında multikulturalizm ənənələrini yaşadan ölkədir: “Bu gün Qafqaz Universitetində təşkil olunan “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı” buna bariz nümunədir. Bu tədbirdə dünyanın əksər ölkələrinin stendləri yer alır. Bu cür tədbirlərin təşkil olunması təqdirəlayiq haldır”.

Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi məsələsinə də toxunan müşavir bunun çox yaxşı addım olduğunu söyləyib: “Bu gün biz Amerika Birləşmiş Ştatlarının mədəniyyətini sizin ölkənizdə rahatlıqla təbliğ edə bilirik. Azərbaycan bütün mədəniyyətlərə və dinlərə açıq olan ölkədir. Bunun nəticəsidir ki, bu gün biz ABŞ mədəniyyəti və tarixi haqqında insanlara geniş məlumatlar verə bilirik. Bunun nəticəsində isə insanlar nələrsə qazanır”.

Emi Pitersen qeyd edib ki, hazırda Azərbaycan ilə ABŞ arasında digər sahələrdə olduğu kimi, mədəni əlaqələr də inkişaf etdirilir: “Eyni zamanda Azərbaycan sabit və təhlükəsiz ölkədir. Biz bu ölkədə özümüzü çox təhlükəsiz və rahat hiss edirik”.

Emi Pitersen həmçinin əlavə edib ki, gələn həftə Azərbaycanda Amerika mədəniyyəti günləri keçiriləcək.

Vasif Həsənli,

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm