Dağıstan prezidenti Azərbaycana gələcək
Bizi izləyin

Nida.az

Dağıstan prezidenti Azərbaycana gələcək

Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov gələn həftə Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, Dağıstanın dövlət başçısı səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Məlumata görə, R.Abdulatipov mayın 12-də Bakıda Dağıstan Mədəniyyət Günlərinin açılış mərasimində iştirak edəcək, eləcə də Azərbaycanda yaşayan həmvətənləri ilə görüş keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm