Avropa Birliyinin Bakıdakı səfiri: “Status-kvo davam edə bilməz”
Bizi izləyin

Nida.az

Avropa Birliyinin Bakıdakı səfiri: “Status-kvo davam edə bilməz”

“Avropa Birliyi Qarabağda təmas xəttindəki hadisələrin inkişafını diqqətlə izləyir”.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

“Təmas xəttində baş verənlər Avropa Birliyini narahat edir. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerinin dediyi kimi, status-kvo uzunmüddətli davam edə bilməz. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin nizamlanması üzrə danışıqlar davam edəcək”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm