Natiq Miri: “Davudoğlunun istefası Azərbaycana...”
Bizi izləyin

Nida.az

Natiq Miri: “Davudoğlunun istefası Azərbaycana...”

“Davudoğlunun istefası Türkiyə-Azərbaycan münasibətlərinə təsir etməyəcək. Çünki iki ölkə arasındakı münasibətlər şəxslər üzərində qoyulmayıb. Bu münasibətlər mənəvi köklərə sahibdir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Türkiyə Baş naziri Əhməd Davudoğlunun istefasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyədə, yaxud Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, iki ölkənin münasibətləri həmişə qardaşlıq prizmasına söykənəcək: “İndiyə qədər iki ölkənin münasibətlərini pozmaq üçün bir neçə təxribatlar olub. Lakin heç vaxt iki ölkənin cəmiyyətlərini bir-birinə qarşı qoymaq mümkün olmayıb. Buna görə də Baş nazir postunda, yaxud hakimiyyətdə kimin olmasının o qədər də əhəmiyyətli yoxdur”.

N. Miri Davudoğlunun istefasının səbəblərini də şərh edib.

“Fikrimcə, Türkiyə, xüsusilə AKP hökuməti hədəfindən sapmayıb. Görünür, hədəfə doğru yolda müəyyən idarəetmə üsulları ilə bağlı anlaşılmazlıqlar var. Belə ki, konstitusiyada dəyişiklik olmadığı halda, Türkiyə dövlət başçısı prezident üsul-idarəsi yaradır. Belə olanda da hökumət başçısının hüquqları tapdalanmış olur. Bu baxımdan, anlaşılmazlıqları təbii qəbul edirəm və bu məsələdə Davudoğlunu daha demokratik hesab edirəm”, - deyə o bildirib.

Politoloq qeyd edib ki, bundan sonra Türkiyədə dövlət başçısı daha çox ön plana çıxacaq: “Lakin Türkiyə kimi güc olan bir ölkənin Baş naziri də gərək həm ABŞ-da, həm Avropa Birliyində, həm də Rusiyada qəbul olunan şəxs olsun. Davudoğlu bütün dünyada ciddi siyasətçi olaraq qəbul edilirdi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm