İrəvanda 9 may qorxusu – Azərbaycan hücum etsə…
Bizi izləyin

Nida.az

İrəvanda 9 may qorxusu – Azərbaycan hücum etsə…

Ermənistan Qarabağla əlaqədar bütün senarilərə hazır olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim Respublikaçılar Partiyasının mətbuat katibi Eduadr Şarmazanov partiya icraiyyə komitəsinin iclasındakı çıxışında deyib.

Erməni mediasının yazdığına görə, Şarmazanov Ermənistan cəmiyyətini narahat edən əsas məsələni - 9 may Şuşanın işğal günündə Dağlıq Qarabağ ətrafında Azərbaycanın anti-terror əməliyyatına başlaya biləcəyi barədə xəbəri şərh edib. O deyib ki, hələlik sülh danışıqları başlamayıb, ona görə də hər şey gözlənilir: “Mən hazırda Azərbaycanın planları barədə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, artıq bir neçə gündür Ermənistan cəmiyyətində növbəti panika yaşanır. Əksəriyyət düşünür ki, Azərbaycan Şuşanın işğal günündə anti-terror əməliyyatına başlayacaq və BMT qətnamələrinə uyğun olaraq, Azərbaycan ərazisini dərhal və qeyd-şərtsiz tərk etməli olan Ermənistan silahlı birləşmələrinə sarsıdıcı zərbə endirəcək.

BMT qətnamələrində Dağlıq Qarabağ ətrafındakı işğal altında saxlanılan 7 rayondan Ermənistan hərbi qüvvələrinin və digər silahlı ermənilərin dərhal və qeyd-şərtsiz çıxması tələb edilir. 24 ilə yaxındır ki, BMT-nin bu qətnamələri icra edilmir.

Beynəlxalq qanunvericiliyə görə, Azərbaycanın ərazisini işğalda saxlayan ordu qanunsuz silahlı birləşmə hesab olunur və Azərbaycanın bu qanunsuz silahlı birləşməyə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirmək hüququ var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm