“Azərbaycanla Türkiyə arasında yeni hərbi müqavilə olacaq”
Bizi izləyin

Nida.az

“Azərbaycanla Türkiyə arasında yeni hərbi müqavilə olacaq”

“Azərbaycanla Türkiyə arasında yeni hərbi müqavilə olacaq”


“Türkiyə ilə Azərbaycan arasında indikim mərhələdə birinci məsələ əsgəri müqavilədir. Çünki Azərbaycan bu dəqiqə Rusiyanın təcavüzünə məruz qala bilər”.

Bu barədə sabiq dövlət katibi, politoloq Vəfa Quluzadə Publika.Az -a açıqlamasında Türkiyə baş naziri Rəcəp tayyip Ərdoğanın Bakıya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycana Rusiyadan açıq təcavüz Şimal sərhədlərimizdən ola bilər: “Orda artıq rus qoşunları toplaşıb. Digər təcavüz Ermənistanla Azərbaycan arasında müharibənin qızışdırmaqla mümkündür. Üçüncü variant isə Azərbaycanla müharibə etmək üçün Astraxanda Rusiya hərbi donanması gücləndirilib, modernləşdirilib. Krımdan sonra bu məsələlər Azərbaycan üçün olduqca təhlükəlidir”.

V. Quluzadə hesab edir ki, Azərbaycana zərbə dəysə, Türkiyənin burdakı maraqları alt-üst olacaq: “Türkiyənin Azərbaycanda maraqları var. Mən heç vaxt emosional yanaşma ilə qardaşlıq, dostluq məsələlərinə inanmıram. Çox təəssüf ki, Türkiyə vaxtilə Rusiyada mavi qaz almağa razı olub. Bununla da Rusiya Türkiyəni özündən asılı edib. Türkiyə alternativ yollar axtarsaydı, indi vəziyyəti yaxşı olardı. Hesab edirəm ki, Ərdoğanın səfəri zamanı neft, qaz, transport koridorları müzakirə olunacaq. Lakin əsas məsələ Azərbaycanın təcavüzdən qorunmasıdır və ümidvaram ki, bu artıq öz həllini tapacaq”.

Sabiq dövlət katibi qeyd edib ki, Azərbaycan Türkiyə arasında yeni hərbi müqavilə ola bilər.“Bunun əvvəlkilərdən daha geniş və Azərbaycana müdaxilə olacağı təqdirdə türkiyə ordusunun birbaşa işə qarışması haqqında olması mümkündür. Krımdan sonra bu, gündəmdədir. Çünki ABŞ-Rusiya əlaqələri daha da gərginləşsə- proseslər buna doğru gedir- Rusiya Amerikaya zərbə endirmək üçün ilk zərbəni Bakıya endirəcək”-deyə V. Quluzadə vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm