Nida.az
Robert Sekuta: “Azərbaycanla bu məsələ üzrə müzakirələr aparırıq”
“Gələn ay ABŞ-dan Azərbaycana nümayəndə heyətinin gəlməsi məsələsi müəyyənləşdirilir. Konfransa az vaxt qalmış biz bununla bağlı ictimaiyyətə əlavə məlumat verəcəyik”.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta gələn ay Bakıda keçiriləcək “Caspian Oil and Gas” - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm yerə malikdir: “Bu yaxınlarda ABŞ və Avropa İttifaqı arasında neft-qaz məsələsi üzrə məsləhətləşmələr keçirilib. Bu məsləhətləşmələrin ana xəttini Avropanın enerji təhlükəsizliyinin təmin olunması, Azərbaycanın bu prosesdə oynadığı mühüm rol təşkil edib. Biz hazırda Cənub Qaz Dəhlizi məsələsində Azərbaycan və Avropa İttifaqı ilə müzakirələrimizi davam etdiririk”.
Səfir əlavə edib ki, bu layihə Avropanın enerji təhlükəsizliyində müstəsna rola sahibdir.
Vasif Həsənli
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO