• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Zakir Həsənov Ermənistanı sərt tənqid etdi

  • Nida.az
  • 6 May 2016 15:52
  • 698 Baxış
Zakir Həsənov Ermənistanı sərt tənqid etdi

Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs ilə görüşüb.

Publika.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Z.Həsənov Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Nazir ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, iqtisadi əməkdaşlığın yüksələn templə inkişaf etdiyini vurğulayıb. Bu əməkdaşlığımızın dostluq münasibətləri üzərində qurulduğunu deyən general-polkovnik xüsusi qeyd edib ki, Latviya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Ermənistan tərəfindən torpaqlarımızın işğalını isə qeyri-qanuni sayır və qəti şəkildə pisləyir.

Qoşunların təmas xəttində yaranmış son hadisələrə də toxunan müdafiə naziri Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını, münaqişənin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri diplomatın ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycanla Latviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir də, öz növbəsində, ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu vurğulayan Y.Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>