Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verildi - SİYAHI
Bizi izləyin

Nida.az

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verildi - SİYAHI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu

Cəfərova Bəsti Əli qızı

Əhmədov Cəfər Namiq Kamal oğlu

Haşımova Şahnaz Həsən qızı

Qarayev Yasin Mikayıl oğlu

Məhərrəmov Məbud Əliəsgər oğlu

Muradova Təranə Hüseyn qızı

Salmanlı Ağaxan Əli oğlu

Yusupova Şükufə Mühəddin qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm