Əli Həsənov: “Həmin dövrdə yaranmış şəraitin əhəmiyyəti obyektiv qiymətləndirilməyib”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Həmin dövrdə yaranmış şəraitin əhəmiyyəti obyektiv qiymətləndirilməyib”

“Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan dünyada zəngin multikultral dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı mövcud olduğu çoxmillətli dövlət kimi tanınır”.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ulu öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev irsi və multikultral dəyərlər” adlı kitabda dərc olunan məqaləsində bildirib.

Əli Həsənov qeyd edib ki, Azərbaycanın qədim dövlətçilik tarixində multikultralizmin özünə mühüm yer tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin zənginləşməsinə təsir göstərib və mədəniyyətlərarası dialoq üçün əlverişli şərait yaradıb: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsipləri üzərində bərqərar olunmasına səbəb olmaqla yanaşı, eyni zamanda ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaradıb. Keçmiş hakim ideologiyanın aradan qalxması adət-ənənələrə, milli və dini münasibətlərə siyasi ideoloji qadağalardan kənar yeni yanaşmaların meydana gəlməsini şərtləndirib. Dövrün tələblərinə uyğun olaraq multikultral münasibətləri tənzimləmək, müxtəlif dini inancların, mənəvi-mədəni dəyərlərin daşıyıcısı olan azyaşlı xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biri idi. Çox təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələr yaranmış şəraitin əhəmiyyətini obyektiv qiymətləndirə bilməyib və siyasi idarəçiliyin yarıtmazlığı müstəqil dövlətçiliyə qarşı etnik separatizm hallarının baş verməsinə, multikultral dəyərlərə təhdidlərin yaranmasına gətirib çıxardı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra azərbaycançılıq ideologiyasına əsaslanmaqla, ölkəmizdə yaşayan bütün azsaylı xalqların maraqlarına cavab verən, mədəni müxtəlifliyi təmin edən, onu zənginləşdirən dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb”.

Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikultralizm ili” elan olunub: “Bütün bunlar müasir dövrdə ölkəmizdə aparılan dövlət siyasətinin tolerantlıq prinsiplərinə əsaslandığının bariz ifadəsidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm