Baş nazirin müavini: “Təmas xəttində zərər çəkmiş vətəndaşlara yardım olunacaq”
Bizi izləyin

Nida.az

Baş nazirin müavini: “Təmas xəttində zərər çəkmiş vətəndaşlara yardım olunacaq”

“Azərbaycan hökuməti həmişə olduğu kimi, yenə də ermənilərin atəşi nəticəsində baş verən dağıntıların qarşısını almaq üçün tədbirlər görür və bundan sonra da görəcək”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, bu barədə hökumətin müvafiq tədbirlər planı var. Onun sözlərinə görə, dağılmış bütün evlər, zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar: “Buna heç bir şübhə olmamalıdır. Azərbaycan hökumətinin imkanı var ki, ermənilərin atdığı top atəşlərindən zərərçəkmiş bütün evləri əvvəlki vəziyyətindən də daha yaxşı vəziyyətə salaraq təmir edib sakinlərə qaytarsın”.

Baş nazirin müavini əlavə edib ki, ermənilərin atəşkəsi pozması nəticəsində dağılmış bütün evlər, zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm