• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

Əli Əhmədov: “Torpağı azad etməyə qüdrətimiz, cəsarətimiz çatır”

  • Nida.az
  • 7 May 2016 12:58
  • 482 Baxış
Əli Əhmədov: “Torpağı azad etməyə qüdrətimiz, cəsarətimiz çatır”

“Prezident başda olmaqla, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməyə hazırdır, bu yolda hər bir addım atmağa qüdrəti, cəsarəti çatır. Hətta ölümə getmək lazım olsa belə, ölümə də getməyə hazırdır”.

Publika.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, Prezident İlham Əliyevin ötən həftə cəbhə bölgəsinə səfəri xalq və iqtidar birliyinin bariz ifadəsidir: “Bunun beynəlxalq əhəmiyyəti də var. Prezident bununla bütün dünyaya çox əhəmiyyətli mesaj verir. Prezident İlham Əliyevin istər döyüş bölgəsində yaşayanlar, istərsə də səngərlərdə Azərbaycanın ərazi bütövlüyünü qoruyan, canından keçməyə hazır olan əsgərlərlə görüşü Prezidentin onlarla bir olduğunu bildirmək, bu mesaji bütün cəmiyyətə vermək istəyidir. Dövlət başçısının ötən həftə cəbhə bölgəsinə səfər etməsi buradakı insanların əhval-ruhiyyəsinə də müsbət təsir edib. Hesab edirəm ki, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi bir yandan onun vəzifəsidir ki, bu səfər də onun bu vəzifəsinin icra edilməsi çərçivəsində reallaşır. İkinci tərəfdən, Ali Baş Komandan kimi onun əsgərlərlə görüşməsi əsgərlərimizin əhval-ruhiyyəsinin yüksəlməsinə, döyüş qabiliyyətinin güclənməsinə təsir göstərir. Digər tərəfdən, döyüş bölgəsində atışmadan zərərçəkmiş insanlarla görüşlər onlara Prezident tərəfindən göstərilən qayğıdır, onların ruhlandırılmasıdır. Bu səfər bütövlükdə, cəmiyyətdəki ab-havanın, əhval-ruhiyyənin yüksəldilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR