Oqtay Əsədov: “Azərbaycanda bütün dinlərin bərabərliyi təmin edilib”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Azərbaycanda bütün dinlərin bərabərliyi təmin edilib”

“Azərbaycanda dini sahədə yaranmış dayanıqlı sabit vəziyyət, xalqımızın tolerant ruhu və islam dininin bəşəri ideallara hörməti son 20 ildə həyata keçirilən düşünülmüş uğurlu siyasətin nəticəsidir”.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev irsi və multikultral dəyərlər” adlı kitabda dərc olunan məqaləsində bildirib.

Spiker qeyd edib ki, dini ayrı-seçkilik beynəlxalq hüquq normaları tərəfindən insan hüquq və azadlıqlarının kobud pozuntusu kimi qiymətləndirilir: “Həmin normalara görə, bütün dövlətlər bu cür hallara qarşı ciddi mübarizə aparmağa borcludurlar. BMT Baş Məclisinin 1981-ci il tarixli qətnaməsi ilə təsdiq edilən “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə”si “dinə, yaxud əqidəyə əsaslanan və məqsədi, həmçinin, nəticəsi bərabərlik əsasında insan hüquqlarının və azadlıqlarının tanınmasını, onlardan istifadə olunmasını, yaxud onların həyata keçirilməsini ləğv etmək, alçaltmaq olan hər hansı fərqləndirmə, istisna, məhdudiyyət və üstüntutma”nı “dinə və ya əqidəyə görə dözümsüzlük və ayrı-seçkilik” hesab edir. Dinlərin qanun qarşısında hüquqi bərabərliyi dövlətin bütün dinlərə və dini qurumlara bərabər yanaşması, onların hamısı üçün eyni qanunvericlik aktlarının mövcud olması, onların hüquqi statuslarının eyniliyi deməkdir”.

O.Əsədov vurğulayıb ki, Azərbaycanda heç bir dinin digərləri ilə müqayisədə fərqli rəsmi statusu müəyyən edilməyib: “Bütün dini qurumların və dinlərin hüquq və vəzifələrinin bərabərliyi təmin edilib. Bu gün Azərbaycan həm Şərq dəyərlərinin, həm də Qərb düşüncə tərzinin mütərəqqi tərəflərini özündə birləşdirən ölkədir. Ötən il Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı bütün dünya bir daha bunun şahidi olub. Avropa oyunlarına tamaşa etmək üçün yaxın və uzaq xarici ölkələrdən Bakıya dinindən və irqindən asılı olmayaraq minlərlə insan gəlmişdi. Avropa Oyunlarının iştirakçısı olmuş 6 min idmançı, 2 minə yaxın jurnalist yarışların keçirildiyi müddətdə Azərbaycandakı reallıqlarla, tolerant mühitlə yaxından tanış olaraq, müxtəlif sivilizasiyalara, mədəniyyətlərə mənsub insanların dinc və yanaşı yaşamasının şahidi olublar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm