Ağ evin “qara siyahısı”na düşən azərbaycanlı məmur haqda YENİ TƏFƏRRÜAT
Bizi izləyin

Nida.az

Ağ evin “qara siyahısı”na düşən azərbaycanlı məmur haqda YENİ TƏFƏRRÜAT

“Maqnitski siyahısı”na düşən azərbaycanlı polkovnik kimdir?

Avropa Parlamentinin sanksiya tətbiq edəcəyi 32 Rusiya vətəndaşı arasında azərbaycanlı da var. “Maqnitski siyahısı”na adı salınan azərbaycanlı Moskvadakı “Motrosskaya tişina” həbsxanasının rəisi Fikrət Həmdulla oğlu Tağıyevdir.Əvvəlcə məlumat verək ki, “Maqnitski siyahısı” “Hermitage Capital” Fondunun hüquqşünası 2009-cu ildə “BOZDUR” investisiya fondu və “Hermitage Capital Management”lə əməkdaşlıq etmiş və təşkilatdan vergi ödənişindən boyun qaçırmaqla yüzlərlə milyon rubl mənimsədiyi deyilən auditor Sergey Maqnitskinin ölümündən sonra tətbiq edilib. Auditorun ölümü Qərbdə də ictimai rezonans doğurub. Ardınca Amerika senatoru Bencamin Kardin “Maqnitski siyahısı”sını təşkil edərək Rusiya məmurlarını bura daxil edib. Belə ki, S.Maqnitskinin ölümünə cəlb olunan və insan hüquqlarının pozulmasında məsuliyyət daşıyan məmurların adları siyahıya daxil ediləcək və viza və maliyyə sanksiyasına məruz qalacaqlar.

Soydaşımız Fikrət Tağıyevin bu siyahıya necə düşməsi maraqlıdır. Publika.Az –n apardığı araşdırmada məlum olub ki, Sergey Maqnitskinin məhz onun rəhbərlik etdiyi həbsxanada öldüyü deyilir.

S. Maqnitski 2009-cu ildə Rusiyanın “Butırka” həbsxanasından “Matrosskaya tişina” təcridxanaya gətirilir. Köçürmə zamanı yarımcan olan Sergey “Matrosskaya tişina”da 2009-cu ilin 16 noyabr tarixində ölür. Aparılan ekspertizalar 37 yaşlı vəkilin ölümünə səbəb kimi vaxtında tibbi kömək edilmədiyini aydınlaşdırır və hər iki həbsxananın rəhbərliyi- “Butırka”nın rəisi Dmitri Komnov və “Matrosskaya tişina”nın rəisi Fikrət Tağıyev vəzifələrindən uzaqlaşdırılır. Lakin bir müddət keçir, F.Tağıyev öz vəzifəsinə yenidən qayıdır.

Qeyd edək ki, azərbaycanlı polkovnikin adının salındığı siyahıda onun rəhbərlik etdiyi təcridxananın 26 əməkdaşı, o cümlədən, Maqnitskiyə yardım etməkdən boyun qaçıran təcridxananın həkim-cərrahı Aleksandra Qaus da var. F.Tağıyevin rəhbərlik etdiyi təcridxanada bu kimi müxtəlif qalmaqalların olduğu deyilir və təcridxana sərt rejimi ilə həmişə qorxulu obrazı ilə seçilir.Moskvadakı Azərbaycan diasporundan əldə etdiyimiz məlumatlar da maraqlıdır.

Belə ki, adının açıqlanmasını istətməyən diaspor nümayəndəsi Fikrət Tağıyevin Moskvadakı azərbaycanlılar arasında xüsusi hörmətinin olduğu deyib. Onun sözlərinə görə, azərbaycanlı polkovnikin rəhbərlik etdiyi “Matrosskaya tişina” təcridxanası Rusiyada siyasi məhbusların saxlanıldığı yer kimi məşhurdur: “Bakıda Bayıl həbsxanası nə qədər məşhurdursa, Moskvada da həmin həbsxana o qədər tanınır. Daha çox siyasi məhbusların salındığı yerdir. Çox sərt rejimli həbsxana olduğu deyilir. Oranın rəisi olan Fikrət Tağıyev isə yaxşı insan olaraq tanınır. O, həbsxanaya düşən azərbaycanlılara həmişə kömək edir, problemlərini həll edir. Özü polkovnikdir, yaxınlarda general rütbəsi alacağı gözlənilir”.Fikrət Tağıyevin mətbuata bir qədər qapalı insan olduğu da deyilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm