• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

İrəvanın Qarabağı tanıma blefinin pərdəarxası – erməni ekspert AÇIQLAYIR

  • Nida.az
  • 10 May 2016 11:52
  • 1 014 Baxış
İrəvanın Qarabağı tanıma blefinin pərdəarxası – erməni ekspert AÇIQLAYIR

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıma şantajını ortaya atmasının arxa plandakı məqsədləri bəlli olub.

Publika.az xəbər verir ki, erməni politoloq Stepan Safaryan bu təklifin hökumətə Erməni Milli Konqresinin sədri, keçmiş prezident Levon Ter-Petrosyan tərəfindən edildiyini deyib: “Hökumət əvvəlki dövrdə olduğu kimi bu dəfə də layihəni bəyənmədi və parlamentin müzakirəsinə göndərdi. Bu məsələ Levon Ter-Petrosyanla Serj Sarkisyanın müzakirələrindən sonra gündəmə gəlib. Bununla Ermənistan mümkün müharibənin qarşısını almağa, siyasi manevrlər etməyə cəhd edir. Lakin bu müharibənin qarşısını ala bilməyəcək”.

Erməni ekspert qeyd edib ki, İrəvanın bu addımı ilk növbədə Moskvanın planlarını qarışdırmaq və ən pis halda Qarabağın statusunun saxlanılmasına yönəlib.

“Qarabağın tanınması fors-major vəziyyət yaradaraq, Rusiyanin Qafqaz siyasətinin üzərindən xətt çəkir. Ermənistan bunu Rusiyaya qarşı etmir, sadəcə olaraq, ona başqa yol qoymadıqlarını göstərmək istəyir. Bu proses Petrosyanın təklifləri ilə başladılıb, halbuki, bu son dərəcə təhlükəli oyundur”, - deyə o bildirib.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>