• USD 1,7000 0,00% EUR 2,0012 0,00%
    • GBP 2,2678 0,00% RUB 0,0288 0,00%

Ermənistan parlamenti də geri çəkildi: Qarabağın tanınması müzakirə olunmayacaq

  • Nida.az
  • 10 May 2016 11:30
  • 473 Baxış
Ermənistan parlamenti də geri çəkildi: Qarabağın tanınması müzakirə olunmayacaq

Ermənistan parlamenti bu gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin tanınması haqda qanun layihəsinə baxmağı planlaşdırmır.

Publika.az xəbər verir ki, bu barədə parlamentin aparatından bildiriblər.

“Müxalifətdən olan iki deputat Zarui Postdanjyan və Qrant Baqratyan tərəfindən irəli sürülən Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsi parlamentin gündəliyinə salınmayıb”, - deyə aparat əməkdaşlarından biri “TASS”-a bildirib.

Qeyd edək ki, mayın 10-da Ermənistan parlamentinin qondarma “DQR”-in tanınması ilə bağlı qanun layihəsini müzakirə edəcəyi gözlənilirdi.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>