Nida.az
Qarabağda Türkiyə-Rusiya müharibəsi: ABŞ-ın məkrli oyunu, yoxsa...?
“Rusiyanın əli ilə Qarabağ üzərindən Türkiyəyə ciddi təhdid formalaşdırılır”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin
“Star” qəzeti yazıb.
Qəzet diqqəti ABŞ-ın “Qarabağın taleyini referendum həll edəcək”
açıqlamasına çəkir: “Rusiya və Fransa da eyni sözləri deyir.
Halbuki Qarabağ Azərbaycanın bölgəsidir, erməni işğalından sonra
orada əsrlərdir yaşayan azərbaycanlılar məcburi şəkildə köçürülüb.
25 ildir qaçqın və məcburi köçkünlər ölkənin digər bölgələrində
yaşayırlar. Deməli, bunu bilə-bilə ATƏT və Minsk qrupu ədalətsiz
yanaşırlar. Bu, dolayı ilə Azərbaycanın ərazi bütövlüyünü tanımamaq
mənasını verir”.
“Star” qeyd edir ki, Qarabağda son günlər gərginlik artıb,
Azərbaycan Ordusu ciddi şəkildə irəliləyib: “Azərbaycan hakimiyyəti
böhranı yaxşı idarə edə bilir. Lakin əsas məsələ başqadır. Rusiya
davamlı olaraq Ermənistanı müharibəyə məcbur etməklə, hansısa
məkrli plan həyata keçirdir. Şübhəsiz ki, bölgəyə öz qoşunlarını
yerləşdirmək niyyəti var. Lakin Naxçıvanın təhlükəsizlik məsələsi
ortaya çıxarsa, Türkiyə dövriyyəyə girəcək. Yəni vəziyyət
gərginləşəcəyi təqdirdə, Türkiyə Qars müqaviləsinə istinad edərək,
Naxçıvanın təhlükəsizliyi baxımından proseslərə müdaxilə edəcək.
Ermənistan ciddi şəkildə təhdidlər yağdırır, Rusiyanın onu müdafiə
etdiyi aşkardır. Digər tərəfdən, Putin bir neçə prosesi eyni anda
yürütməyi planlaşdırır. Misal üçün, ABŞ-ın indiyə qədər irəli
sürdüyü təhdidlərə rəğmən, o, Birləşmiş Ştatları düşmən elan
etmədi. Yeni müharibəni də Türkiyə üzərindən təşkil etmək istəyir.
Suriyada da eyni ssenari tətbiq edildi. Kilisin vurulması, İŞİD və
PKK əli ilə hücumlar Türkiyəni xaos ölkəsinə çevirmək planları
mövcud idi. Rusiyayla ABŞ-ın bu məsələdə eyni hədəfə vurduğu
anlaşılandır. Hazırda Rusiya eyni ssenarini Qarabağ üzərində də
həyata keçirmək niyyətindədir. Türkiyə Silahlı Qüvvələrinin
Azərbaycanda istənilən formada təmsil olunması məsələsi son günlər
gündəmə gətirilir. Lakin Kreml bunu istəmir. Moskva Türkiyəni
Qarabağda müharibəyə daxil etmək istəyir, amma türk ordusunun bu
bölgəyə girməsinə qarşıdır”.
Qəzet qeyd edir ki, Rusiya yaranmış gərginliyi əvvəldən
istəyirdi.
“Burada ABŞ da məkrli rol oynadı. Amerika Rusiyanın gücünü
xərcləməsini istəyir. Amma burada əsas təhlükə Rusiyanın əli ilə
Türkiyəyə qarşı yeni və açıq təhdid formalaşdırmaqdır”, - deyə
qəzet qeyd edib.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO