Türkmənistanda Ulu öndərin xatirəsi yad edilib
Bizi izləyin

Nida.az

Türkmənistanda Ulu öndərin xatirəsi yad edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən tədbir keçirilib. Tədbirdə Türkmənistanda yaşayan soydaşlarımız, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Həsən Zeynalov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olduğunu bildirib. Ulu öndərin Sovet İttifaqı zamanı Azərbaycana ilk rəhbərliyi dövründən başlayaraq, ölkəmizin iqtisadi-sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlərə imza atdığını, keçmiş SSRİ-nin aparıcı respublikalarından birinə çevrildiyini, eləcə də H.Əliyevin azərbaycançılıq məfkurəsinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

H.Əliyevin müstəqil Azərbaycanın prezidenti olduğu illərdə də ölkəmizin bütün sahələrdə qüdrətinin gücləndirilməsi yönündə yorulmadan çalışdığı, məhz onun sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunduğu və ölkənin iqtisadi inkişaf dövrünə qədəm qoyduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki, əsası Ulu öndər tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Tədbir iştirakçıları qeyd olunan fikirləri bölüşərək, H.Əliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm