• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Heydər Əliyevin xatirəsi FHN-də yad edildi - FOTOLAR

  • Nida.az
  • 10 May 2016 15:38
  • 484 Baxış
Heydər Əliyevin xatirəsi FHN-də yad edildi - FOTOLAR

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 10 may 2016-cı il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevn anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

Publika.az xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki, bu gün müstəqil,qüdrətli və çiçəklənən Azərbaycanın mövcudluğu üçün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevə borcludur. Ulu öndər istər Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə, istərsə də 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə siyasi hakimiyətə qayıtdıqdan sonra ölkədəki ictimai-siyasi xaos və iqtisadi böhrana son qoyaraq vətəndaş qarşıdurmasının, dövlətimizin məhv olmaq təhlükəsinin qarşısını almışdır. Məhz xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və titanik fəaliyyəti nəticəsində ölkə həyatının bütün sahələrinə nüfuz etmiş dərin böhran aradan qaldırılmış, milli-mənəvi həmrəylik və ictimai-siyasi sabitlik təmin edilmiş, demokratik institutlar bərqərar olmuşur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayan ümummilli liderin gərgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində dövlətimiz daha da güclənmişdir. Dahi Rəhbərin yürütdüyü müdrik siyasət, həyata keçirdiyi məqsədyönlü, irimiqyaslı islahatlar nəticəsində ərazi bütövlüyümüzü qorumağa qadir qüdrətli silahlı qüvvələr yaranmış, əhalinin rifahı yaxşılaşmış, ölkə iqtisadiyyatı inkişaf etmişdir. Unudulmaz liderin çevik diplomatik fəaliyyəti nəticəsində ölkəmiz beynəlxaq birliyin tamhüquqlu üzvünə çevrilmişdir.

Nazir qeyd etmişdir ki, Heydər Əliyev məktəbinin layiqli və alternativsiz davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də məhz ulu öndər tərəfindən əsası qoyulmuş möhkəm özüllər üzərində respublikamızı daha da inkişaf etdirmiş, regionun liderinə çevirmiş, beynəlxalq nüfuza malik bir dövlət formalaşdırmışdır. Dahi Rəhbərin müdrik siyasətini zamanın tələbinə uyğun yeni çalarlar əlavə olunmaqla davam etdirən dövlət başçısının həyata keçirdiyi dərin və irimiqyaslı islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə daha da artan inkişaf templəri qeydə alınır, vətəndaşların həyat səviyyəsi yüksəlir. Erməni silahlı qüvvələri ilə təmas xəttindəki son hadisələr göstərdi ki, Azərbaycan Respublikasında Ali Baş Komandanın rəhbərliyi ilə fəaliyyət göstərən çox qüdrətli ordu, böyük ruh yüksəkliyinə malik silahlı qüvvələr var.

Ötən il Azərbaycanda çox böyük uğurla Birinci Avropa Oyunlarının keçirildiyini xatırladan nazir qeyd etmişdir ki, bu tarixi tədbirdən sonra ölkəmiz daha bir neçə əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmişdir ki, bu da dövlətimizin dünyadakı nüfuzunun, beynəlxalq etimad qazanmasının göstəricisidr.

"Mən cənab Prezident İlham Əliyevi əmin edirəm ki, Fövqəladə Hallar Nazirliyi və onun əməkdaşları gələcəkdə də Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, vətəndaşların təhlükəsizliyi və rahat həyatını təmin edəcəkdir", deyən fövqəladə hallar naziri qeyd etmişdir ki, bütün Azərbaycan xalqı kimi, nazirliyin hər bir əməkdaşı inanır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunacağı gün uzaqda deyildir.

Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu və banisi olan ulu öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>