Nida.az
Nazirlik Nəcməddin Sadıkovun vəzifədən çıxarılması barədə məlumatları təkzib etdi
Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, bəzi üzdəniraq saytlarda orduya qara yaxmaq və düşmən dəyirmanına su tökmək məqsədi daşıyan böhtan xarakterli yazılar dərc olunub: “Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı var. Mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özlərinin iç üzünü açıb göstərirlər. Onlardan fərqli olaraq, Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”.
Qeyd edək ki, Azərbaycanda bəzi saytlar N. Sadıkovun hərbi əməliyyatlar zamanı taktiki səhvlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayıb.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular