Nida.az
Qarabağla bağlı şok iddia: Kreml Ermənistana quru dəhliz açmaq üçün...
“Dağlıq Qarabağın tanınması məsələsinin Ermənistanda
gündəmə gəlməsində Rusiya izi hiss olunur. Rusiyayönümlü digər
anklavların təcrübəsi də bunu göstərir”.
Publika.az xəbər verir ki, bu iddia ilə
Ukraynanın “Apostrof” saytı çıxış edib.
Sayt yazır ki, Ermənistan Rusiyanın icazəsi olmadan belə bir
addım atmağa cəsarət edə bilməz: “Ən azından ona görə ki,
Ermənistana silahları Rusiya verir. Doğrudur, ruslar Azərbaycana da
silah satırlar, amma onların erməniyönümlü olduğu bəllidir. Rusiya
Azərbaycana Türkiyənin müttəfiqi və neft bazarındakı rəqibi kimi
yanaşır. Rusiya birtərəfli bəyanat səsləndirərək, “hər iki ölkə
bizim tərəfdaşımızdır” deyir. Amma Rusiyanın dəstəyi olmadan
Ermənistan nə Azərbaycanla vuruşmağı bacarardı, nə də Qarabağın
tanınma məsələsini gündəmə gətirə bilərdi”.
Sayt qeyd edir ki, Rusiya Qafqazda əsas dayanacağı olan
Ermənistana quru dəhliz açmaq istəyir: “Bu Moskvanın strateji
məsələsidir. Bu baxımdan, Rusiya ermənilərin əli ilə Qarabağın
tanınma məsələsini gündəmə gətirərək, Azərbaycana təzyiq etmək
niyyətindədir”.
Asif
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB