Nida.az
Ermənilərin bayraq təxribatına “Eurovision”dan CAVAB
Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.
Bu barədə məlumatı İsveçin ən böyük gündəlik nəşrlərindən biri
olan “Expressen” qəzeti baş səhifədə yayımlayıb.
Məlumatda deyilir ki, bir qədər əvvəl müsabiqənin təşkilatçıları
tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın da daxil
olduğu separatçıların bayrağının konsert zalına gətirilməsini
qadağan edən qərar verilib. Sonradan bu qərar ləğv edildi. Yalnız
bir şərtlə ki, müsabiqəyə gətirilən bayraqlardan siyasi bəyanat
məqsədilə istifadə olunmasın.
Qaydalara məhəl qoymayan erməni ifaçı qondarma “Dağlıq Qarabağ
Respublikası”nın bayrağını müsabiqə zalına gətirib. Lakin baş verən
pozuntunu vaxtında görən müsabiqə təşkilatçıları lazimi tədbir
görərək bayrağı Iveta Mukuchyanın əlindən alıb.
Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanovic
jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala
gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi
araşdırma aparacaq.
Tədbirin meneceri Sietse Bakker öz növbəsində deyib: “Biz çox
aydın şəkildə öz siyasətimizi ifadə etmişik, biz siyasi bəyanat ola
biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı
müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirik”.
Sietse Bakker “Aftobladet” qəzetinə müsahibəsində bildirib ki,
bayraq siyasi bəyanat vermək üçün istifadə edilib. Bu artıq bir
cinayət ola bilər”.
Məlumatlarda o da qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olan regiondur və bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. (Azərtac)
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO