Nida.az
Qarabağda şahmat taxtası: Vaşinqton türklərin müdaxiləsini niyə istəmir?
“Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə dünyanın ən böyük
oyunçuları dövriyyə girib. Türkiyə, ABŞ, Rusiya və Avropa
Birliyinin hər birinin Qarabağ münaqişəsində öz maraqları
var”.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı
jurnalist İvan Verixov “Xarkov informasiya agentliyində” yayımlanan
məqaləsində yazıb.
Ekspert qeyd edib ki, 9 mayda Rusiya xarici işlər naziri Sergey
Lavrovla ABŞ Dövlət katibi Con Kerrinin telefon söhbətində müzakirə
olunan əhəmiyyətli məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi
oldu: “Azərbaycan xarici işlər naziri Almaniyaya səfər etdi.
Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakıya cavab
səfəri planlaşdırılır”.
Beynəlxalq humanitar-siyasi tədqiqatlar institutunun eksperti
Vladimir Bruter Avropa Birliyi, Rusiya və ABŞ-ın Qarabağ münaqişəsi
ətrafında necə hərəkət edəcəklərini şərh edib.
Ekspert hesab edir ki, bu beynəlxalq oyunçulardan heç birinə
Qarabağ münaqişəsində vəziyyətin kəskinləşməsi sərf etmir:
“Türkiyənin nə düşündüyünü demək çətindir. Amma uzunmüddətli
müharibə heç kimə sərf etmir. Ola bilsin ki, ABŞ hansısa qısa
müddətli döyüşlərə göz yumsun. Amma hazırda ildırımsürətli hücum da
gözlənilmir”.
Ekspert güman edir ki, Avropa Birliyi, Rusiya və ABŞ eyni cür
hərəkət edəcək.
“Onlar Ermənistan və Azərbaycana “aktiv hücum” etməməyi təklif
edəcək. Çünki bunun baş verməsi genişmiqyaslı hərbi eskalasiya
deməkdir. Bunun da heç bir müsbət tərəfi yoxdur”, - deyə o
bildirib.
Bruter hesab edir ki, Qərb Dağlıq Qarabağ münaqişəsi sayəsində
Türkiyənin regionda sərbəst oyunçu olacağından ehtiyat edir:
“Burada həqiqətən də Türkiyənin regionda güclənmək cəhdlərinin
olduğu görünür. Qərb Türkiyənin onun tərəfdaşı olmasına əmin deyil.
Bu baxımdan, türklərə geosiyasi lövhədə vəziyyəti dəyişdirmək
imkanı vermək istəmirlər”.
Asif Nərimanlı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO