• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Hərbi attaşelər ermənilərin atdığı fosforlu top mərmisinin düşdüyü yerə baxış keçirib - FOTOLAR

  • Nida.az
  • 11 May 2016 15:22
  • 536 Baxış
Hərbi attaşelər ermənilərin atdığı fosforlu top mərmisinin düşdüyü yerə baxış keçirib - FOTOLAR

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonu istiqamətinə səfəri başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi attaşelər hazırda rayonun Əskipara kəndindədirlər.

Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan Silahı Qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlıdır. Onlar cəbhə bölgəsində ermənilər tərəfindən atılmış, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə baş çəkiblər.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerə baxış keçiriblər. O qeyd edib ki, həmin mərmi sənədləşdirilərək bütün beynəlxalq təşkilatlara göndəriləcək: “Hamı görsün ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrini istifadəsi qadağan olunmuş kimyəvi silahla vururlar”.

H. Hacıyevin sözlərinə görə, hazırda əraziyə ATƏT-in monitorinq qrupunun da gəlməsi gözlənilir: “ATƏT nümayəndələri də hadisə yerinə baxış keçirəcək. Baxış keçirildikdən sonra kimyəvi silah yerindəcə zərərsizləşdiriləcək”.

Xatırladaq ki, dünən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisinə ermənilərin atdığı, beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş partlamamış hərbi sursat - 1 ədəd 122 mm-lik top mərmisi (kimyəvi tərkibli, ağ fosforlu) aşkarlayıblar.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>