Ermənistan Qarabağı tərk edən sakinlərə yalvarır: “Xahiş edirik, qayıdın”
Bizi izləyin

Nida.az

Ermənistan Qarabağı tərk edən sakinlərə yalvarır: “Xahiş edirik, qayıdın”

“Dördgünlük müharibə”dən sonra Azərbaycanın işğal edilmiş ərazilərini tərk edən ermənilər geri qayıtmaq istəmir.

Publika.az erməni KİV-nə istinadən xəbər verir ki, Xocavənd və Ağdərəni tərk edərək, İrəvanda sığınacaq tapan ermənilər geri qayıtmaqdan imtina edirlər. Məlumata görə, onların bir hissəsi Şuşa və Xankəndində yerləşib.

Ermənistan hakimiyyəti bu vəziyyətdən ciddi narahatdır. Lakin əhali hakimiyyətin qayıtmaqla bağlı çağırışlarına məhəl qoymur və bütün çağırışlar cavabsız qalır.

Hökumətin erməniləri Talış və Madagiz kəndlərinə qayıtmaqla bağlı çağırışda deyilir: “Təhlükə üçün heç bir əsas yoxdur. Sizi inandırırıq ki, heç bir probleminiz yoxdur. Qayıdın, sizə yardımlar ediləcək. Həmçinin, kompensasiya veriləcək. Xahiş edirik, geri qayıdın”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm