İrəvan "oyundan kənarda": müttəfiqləri Bakını dəstəkləyir
Bizi izləyin

Nida.az

İrəvan "oyundan kənarda": müttəfiqləri Bakını dəstəkləyir

“Ermənistanın bütün hərbi müttəfiqləri tam heyətlə Azərbaycanı dəstəkləyir. “Dördgünlük müharibə”də bunun şahidi olduq. Amma hökmdarlarımız bizi gic yerinə qoyub”.

Publika.az xəbər verir ki, bu barədə “armanianreport” saytında yayımlanan məqalədə deyilir.

Məqalənin müəllifi Romella Mnasakanyan yazır ki, Ermənistan hökuməti əhalini səfeh yerinə qoyur: “Həm də bunu utanmadan mütəmadi olaraq edirlər. Onlar xalqın qəzəbinə tuş gələcəklərini düşünmürlər. Görünür, bizdən qorxmurlar. Misal üçün, bizim “əla” müdafiə nazirimiz Seyran Ohanyan bazar ertəsi keçirdiyi brifinqdə Dağlıq Qarabağın tanınması haqda danışır. Axı müdafiə naziri bu məsələdən necə danışa bilər? O, dürüst olsaydı, bu yaxınlardakı müharibədə məğlubiyyətin səbəblərini izah etməli idi. Amma o, diplomatiyadan danışır”.

Müəllif qeyd edir ki, aprel döyüşlərində Ermənistan nə Rusiyadan, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək almadı: “Əksinə, bizim hərbi müttəfiqlərimiz tam heyətlə Azərbaycanı dəstəklədi. Rusiya diplomatiyası da Bakıya üstünlük verdi. Sergey Lavrov rəsmi Bakının ünvanına əbədi dostluq tərifləri səsləndirdi. Amma o, İrəvanda heç kimin nazı ilə oynamaq istəmir. Bunu ümumiyyətlə lazımsız hesab edir. Çünki bizim hökmdarlarımız Kremldən gələn istənilən əmri yerinə yetirməyə, bizi də daim gic yerinə qoymağa hazırdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm