Nida.az
Sarkisyanın Suriya yolu: mülki əhaliyə qarşı kimyəvi silah - FOTOLAR
Ermənistan cəbhə xəttində baş verən toqquşmalarda
kimyəvi silahlardan istifadə edib. Azərbaycan Respublikası
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin
aşkarladığı fosfor döyüş sursatı da bunu sübut edir.
Publika.az kimyəvi tərkibli fosfor döyüş
sursatları və beynəlxalq konvensiyalar tərəfindən bu sursatdan
istifadəyə qoyulan qadağaları təqdim edir.
Fosfor döyüş sursatları müxtəlif maddələrin qarışığından
hazırlanır. Yandırıcı effektə malik olan bu sursatlardan istifadə
beynəlxalq konvensiya ilə qadağan olunub.
Yanma zamanı ağ fosfor 1300 dərəcəyə qədər istilik saçır. Sursatın
içindəki fosfor yanıb bitməyənə qədər zəhərli oksigenin havaya
ifrazı davam edir.
Bu sursatdan adətən canlı qüvvəni, texnika və silahı sıradan
çıxarmaq üçün istifadə olunur. Həmçinin, fosfor sursatlarının
atılması nəticəsində yanğın ətrafdakı obyektlərə də sıçrayır. Ağ
fosfor zəhərlidir, onun 0,05 qramı insanı öldürə bilər.
Fosfor mərmilərindən istifadə mülki əhali arasında böyük itkilərə
səbəb olur. Belə bombanın partlaması nəticəsində yaralanan insanın
xilası mümkün deyil.
Yaxın Şərqdə baş verən münaqişələrdə, xüsusilə Suriyada bu sursatın
mülki əhaliyə qarşı istifadəsi ciddi fəsadlara səbəb olub.
Bu döyüş sürsatlarından istifadəyə qadağan qoyulması ilə bağlı ilk
beynəlxalq sənəd 150 il əvvəl - 1868-ci ildə Sankt-Peterburqda
qəbul olunub. Həmçinin, 1949-cu ildə qəbul edilmiş müharibə
qurbanlarının müdafiəsi haqda Cenevrə konvensiyaları, 1977-ci ildə
həmin konvensiyalara daxil edilən əlavə protokollar, eləcə də
1980-ci ildə qəbul olunan “adi silahın konkret növləri haqda
konvensiya”nın III protokolu bu döyüş sursatından istifadəni qəti
şəkildə qadağan edir.
Göründüyü kimi, Ermənistan həmişə olduğu kimi, indi də beynəlxalq
qanunvericiliyə məhəl qoymur.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?