Sələfilərin başçısı Azərbaycanda şəriət məhkəməsi qurulmasından danışdı
Bizi izləyin

Nida.az

Sələfilərin başçısı Azərbaycanda şəriət məhkəməsi qurulmasından danışdı

Sələfilərin başçısı Xudatda şəriət məhkəməsi qurulmasından danışdı


“Biz heç bir şəriət məhkəməsi yaratmamışıq. Şəriət məhkəməsi qurmaq heç ağlımızdan da keçməyib”.
Bu barədə Xudat sələfilərinin başçısı Nadir Xosrovoğlu Publika.Az -a açıqlamasında sələfilərin şəriət məhkəməsi yaratdığı haqqında deyilənlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə bir məhkəməni heç xəvariclər də qurmazlar: “Biz xəvariclərə heç salam da vermirik, amma onların da belə şey edəcəyinə inanmıram. Çünki onlar arasında elə savadlı insan yoxdur ki, məsələləri şəriətlə həll etsin, şəriətlə hökm versin. Bu ya təxribatdır, ya da kimsə bununla gündəmə düşmək istəyir”.

N. Xosrovoğlu bu məsələ ilə bağlı dünən MTN-nin Xudat rayon şöbəsində olduğunu bildirib: “Mən özüm MTN-ə və polisə bununla bağlı müraciət etmişəm ki, araşdırsınlar. Tapsınlar ki, bunu xəvariclər edib, yoxsa biz sələfilər. Bəlkə mətbuat yalan yazır. Belə məlumatların hardan çıxdığı bəlli olmalıdır”.

Sələfilərin başçısı qeyd edib ki, onlar hazırda Kəndxudat məscidində ibadət edirlər: “Sadəcə olaraq ora bir qədər kiçik olduğu üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmişik ki, bizə kömək göstərsinlər. Xudat mərkəzi məscidi var, ora həm mərkəzdədir, həm də böyükdür. Müraciətimiz də o məsciddə ibadət etməyə icazə verilməsi ilə bağlıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm