Minsk qrupu prezidentləri təcili görüşə çağırdı - BƏYANAT
Bizi izləyin

Nida.az

Minsk qrupu prezidentləri təcili görüşə çağırdı - BƏYANAT

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat imzalayıb.

Publika.az ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrienin (Fransa) imzaladığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyinin vaxtı çatdığı deyilir.

“Münaqişə zonasında zorakılığın və gərginliyin artması prezidentlərin təcili olaraq görüşməsinin vaxtı çatdığını göstərir. Bizim xarici işlər nazirlərimiz bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar. Onların əsas məqsədi danışıqları yenidən başlamaq üçün əlverişli şərtləri müzakirə etmək, atəşkəs rejimini möhkəmləndirmək və etimadın bərpa edilməsi üçün razılığın əldə olunmasıdır. Əgər zorakılıq davam edərsə, danışıqlarda heç bir müvəffəqiyyət ola bilməz. Həmçinin, danışıqlar prosesi olmadan heç bir sülh əldə edilə bilməz. Biz təkrar edirik ki, münaqişənin həllində hərbi yol yoxdur”, - deyə bəyanatda qeyd olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm