Ermənistan Qarabağa nüvə yanacağı və uran yerləşdirir - “The National İnterest”
Bizi izləyin

Nida.az

Ermənistan Qarabağa nüvə yanacağı və uran yerləşdirir - “The National İnterest”

“Ermənistan və Azərbaycan arasında münaqişənin mümkün kəskinləşməsi regionun energetika infrastrukturu üçün mənfi nəticələrə səbəb olacaq. Müharibə energetika sferasında perspektivli enerji layihələrinə və xarici investisiyalara zərər vura bilər”.

Publika.az xəbər verir ki, bu barədə “The National İnterest” nəşrində “Dağlıq Qarabağ münaqişəsi dünyanın energetika infrastrukturunun ürəyindədir” başlıqlı məqalədə deyilir.

Məqalədə Ermənistan müdafiə naziri Seyran Ohanyanın 2014-cü ilin avqustunda Mingəçevir Su Elektrik Stansiyasını partlada biləcəkləri ilə bağlı hədəsi xatırladılır: “Bu, Azərbaycanın ən böyük su anbarıdır. Ermənistanın bu cür ritorikasına bir neçə amil imkan yaradır. 2012-ci ilin oktyabrında Ermənistan 40 minlik ordu ilə Dağlıq Qarabağda hərbi təlimlər keçirdi. Bu təlimlər zamanı onlar mümkün hücumları və Azərbaycanın neft-qaz infrastrukturunun hədəf seçilməsini sınaqdan keçirdilər. Sirr deyil ki, Ermənistanda hava hücumuna qarşı S-300P raket kompleksi yerləşir. Bununla yanaşı, Ermənistan Rusiya hərbi texnikasının əsas idxalçısıdır. Onlar Rusiyadan “Scud-B”, “Tochka-U”, “Smercj” və “TOC-1A” kimi uzaqvuran raket kompleksləri alıb. Aprelin 5-də isə qondarma "DQR" iddia etdi ki, “İskəndər”, “Scud-B”, “Tochka-U” raketləri vasitəsilə Azərbaycanın enerji obyektlərinı vura bilər. O zaman sual ortaya çıxır: “İskəndər” raketləri Qarabağa necə gedib çıxıb? 2015-ci ildə Rusiya “İskəndər” raket komplekslərinin yerləşdirilməsi ilə bağlı danışıqlar aparılırdı. Mayın 4-də Ermənistan parlamentinin qapalı iclasında Seyran Ohanyan bildirib ki, Ermənistan ordusunun arsenalında uzaqvuran raketlərin müxtəlif növləri, həmçinin, “İskəndər” sistemləri var. O deyib ki, genişmiqyaslı müharibədə onlardan istifadə oluna bilər”.

Məqalədə əlavə olunur ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti 3 erməni vətəndaşını həbs etdi: “Həbs olunanlar radioaktiv materialların qaçaqmalçılığında şübhəli bilinirlər. Məlumata əsasən, onların Ermənistana 200 milyon dollar dəyərində uran qaçırdığı güman edilir. İstintaq aydınlaşdırıb ki, onlar əvvəllər “Metsamor” AES-in işçiləri olublar. Bununla təsdiqlənir ki, Ermənistan işğal olunmuş ərazilərdə nüvə yanacağı və radioaktiv tullantılar saxlayır”.

Məqalədə deyilir ki, bu cür təhdidlər Avropanın enerji təhlükəsizliyində əhəmiyyətə sahib olan neft və qaz layihələrinə böyük təhlükə yaradır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm