Postda duran erməni əsgəri: “Boş yerə ölmək istəmirəm”
Bizi izləyin

Nida.az

Postda duran erməni əsgəri: “Boş yerə ölmək istəmirəm”

“Biz bütün bunlardan yorulduq, artıq dözmək mümkün deyil və mən boş yerə öz həyatımı qurban verə bilmərəm”.

Publika.az Ermənistanın “lragir” saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycanla təmas xəttində postda xidmət edən erməni əsgər deyib.

Sayt erməni hərbi qulluqçusunun adını açıqlamayıb. Lakin onun sözlərinə geniş yer verib.

“Bizi normal insan kimi qəbul etmirlər, bizdən yalnız onların mülkini qorumaq üçün istifadə edirlər”, - deyə erməni əsgəri bildirib.

Sayt yazır ki, “dördgünlük müharibə”dən sonra erməni ictimaiyyəti “xarici düşmənə” qarşı yox, ölkənin oliqarx idarəçilik sisteminə qarşı birləşir.

“Erməni xalqının yeni düşməni peyda olub. Bu kriminal-oliqarx sistemdir. Hansı ki, iki onillik ərzində xalqı istismar edir. Bu sistem milli sərvətləri qəsb etdi. Lakin “dördgünlük müharibə” ictimai şüurda inqilabi dəyişikliyə səbəb oldu. İndi hakimiyyət xalqı birləşməyə dəvət edərək, təhlükəni özündən yayındırmaq istəyir. Elektrik və təbii qazın qiymətinin düşməsi, yaxud pensiya sisteminin təkmilləşməsi kimi gülməli şeylərdən danışırlar. Yəni sistem ictimai məsuliyyətdən və dəyişiklikdən qaçmağa çalışaraq, bəyin bahasına olursa-olsun öz mövqeyini kölgədə saxlamağa çalışır. Təhlükəli vəziyyət yaranıb, amma bu təhlükənin hədəfi sistemdir”, - deyə qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm