Nida.az
Ruslar Putinin Qarabağa müdaxiləsini istəyir – SORĞU
Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi (VSİOM)
Rusiyanın 46 regionunda 1,6 min insan arasında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı sorğu keçirib.
Publika.az Rusiya mediasına istinadən xəbər
verir ki, sorğuda 130 bəndən ibarət suallar olub.
Sorğunun nəticələrinə görə, 72 faiz rusiyalı Dağlıq Qarabağ
münaqişəsi haqda məlumatlıdır. 2014-cü ildə keçirilən analoji
sorğuda bu göstərici 45 faiz idi.
71 faiz rusiyalı münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün
hesab edir. 2014-cü ildə bu göstərici 57 faiz olub. Daha çox Moskva
və Sankt-Peterburq sakinləri (20 faiz) münaqişənin həlli üçün
müharibənin qaçılmaz olacağını düşünür.
Nəticələrə görə, 44 faiz rusiyalı Rusiyanın münaqişədə vasitəçi
kimi iştirakının vacibliyini hesab edir. İki il əvvəlki sorğuda bu
göstərici 25 faiz olub. 36 faiz isə Rusiyanın neytral mövqe
tutmasının tərəfdarıdır. Halbuki, 2014-cü ildə 60 faiz əhali
ölkəsinin münaqişədən kənar durmasının vacibliyini düşünürdü.
Sorğuya görə, bu nəticələr Rusiya əhalisinin hazırda Moskvanın
münaqişəyə müdaxiləsini dəstəkləyir.
VSİOM-un baş direktoru Valeri Fyodorov bildirib ki, Dağlıq
Qarabağda vəziyyətin gərginləşməsi rusiyalıların diqqətini bu
regiona yönəldib: “Özlüyündə münaqişə onlar üçün maraqlı deyil və
tərəflərdən heç birini dəstəkləmirlər. Rusiyalıları daha çox bizim
ölkəmizin bu münaqişədə oynayacağı rol maraqlandırır. Rusiya
əhalisi münaqişənin həllini mümkün hesab edir”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!