Avropa Məhkəməsinin hüquqşünası: “Azərbaycanın belə addımları...” - FOTOLAR
Bizi izləyin

Nida.az

Avropa Məhkəməsinin hüquqşünası: “Azərbaycanın belə addımları...” - FOTOLAR

“Avropa Məhkəməsinə şikayət daxil olan ölkə təkcə Azərbaycan deyil. Hər bir ölkədə müəyyən problemlər mövcuddur”.

Publika.az-ın Fransaya ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri bu gün Strasburqda Avropa Şurası tərəfindən media azadlığı ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı Avropa Məhkəməsinin qərarların icrası departamentinin hüquqşünası Mamuka Longuraşvili bildirib.

Gürcüstandan olan hüquqşünas deyib ki, Azərbaycan gənc ölkədir və bir sıra problemlərin mövcud olması təbiidir: “Bu yaxınlarda Azərbaycanda həbsdə olan bir sıra məhbuslar azadlığa buraxıldı. Bu çox müsbət addım idi və Avropa Şurası tərəfindən alqışlanır. Bu cür addımlar azərbaycan hökumətinin imicinə də müsbət təsir göstərir”.

Mamuka Longuraşvili əlavə edib ki, hazırda Azərbaycanla bağlı şikayətlərin sayı 1500-ə yaxındır: “Ancaq Azərbaycandan dəfələrlə artıq şikayətlər edilən ölkələr var. Misal üçün, Moldova ilə bağlı şikayətlərin sayı 10 minə yaxındır”.

Vasif Həsənli – Strasburq,

Fotolar müəllifə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm