“Cihad müasir nəsil üçün cəlbedici olacaq” - Təhlükə
Bizi izləyin

Nida.az

“Cihad müasir nəsil üçün cəlbedici olacaq” - Təhlükə

“Cihad müasir nəsil üçün cəzbedici olacaq”- təhlükə xəbərdarlığı


Suriya döyüşləri göstərir ki, islam cihadının tərəfdarı olan nəsil digər nəsilləri sıxışdırıb aradan çıxardır.
Publika.Az dünya mətbuatında istinadən xəbər verir ki, ABŞ-ın terrorizmlə mübarizə xidməti Suriya döyüşləri ilə bağlı xəbərdarlıq edib. Xidmətin rəhbəri bildirir ki, faktiki olaraq İQİŞ Suriyada de-fakto olaraq öz dövlətini qurur: “Bu terrorçuların yeni nəsli daha təkəbbürlüdür. Onlar təkcə Qərbə qarşı hücuma keçmir, həm də öz islam dövlətlərini yaratmaq niyyətindədirlər. İQİŞ-in apardığı müharibələr dünyada diqqəti cəlb etməyə bəs etdi. Şimali Suriya və İraqın kiçik əraziləri hazırda onların idarəsindədir. Əsir götürdüyü düşmənlərin kütləvi edamları, baş kəsmələr onlar üçün gündəlik əhəmiyyətsiz işlərə çevrilib”.

ABŞ kəşfiyyatının əsas narahatçılığı belə qüvvələrin Suriyada dövlət yaradacağı təqdirdə Qərbə qarşı daha ciddi təhlükə ola biləcəyidir.

“Terrorçuların bu yeni nəsli daha yaxşı təşkil edilmiş və öz hədəflərinə fokuslaşmışlar. Biz ehtiyat edirik ki, onlar əgər kiçik də olsa islam dövləti qurmağı bacaracaqsa, ondan bu ərəb dünyasının bütünlüklə fəth edilməsinə tramplin olacaq”-deyə xidmət rəisi vurğulayır.

ABŞ həm də ondan ehtiyat edir ki, aparılan cihad zaman keçdikcə müasir nəsil üçün cəzbedici olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm