“Şəmsəddin Hacıyev ən tərbiyəli adamlardan biri idi” – İlyas İsmayılov
Bizi izləyin

Nida.az

“Şəmsəddin Hacıyev ən tərbiyəli adamlardan biri idi” – İlyas İsmayılov

“Şəmsəddin Hacıyev ən tərbiyəli adamlardan biri idi” – İlyas İsmayılov

“Şəmsəddin Hacıyev rektor-deputatlar arasında ən tərbiyəli adamlardan biri idi”. Bunu Publika.Az-a açıqlamasında prezidentliyə sabiq namizəd, Ədalət partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bildirib.

Rektor-deputat olan şəxslərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiyini deyən İ.İsmayılov deputat həmkarı Şəmsəddin Hacıyevin Dövlət İqtisad Universitetinin rektoru vəsifəsindən çıxarılması məsələsinə də münasibət bildirib: “Şəmsəddin Hacıyevə hörmətim var. Burada söhbət ondan getmirdi, söhbət qanunun tələblərindən gedir. Mən qanunun aliliyinin tərəfdarıyam. Hamı qanuna tabe olmalıdır, vəzifəsini yerinə yetirməlidir. Heç bir məmur qanundan yuxarı göstəriş verməmlidir. Biz qanunla yaşamalıyıq, kiminsə göstərişi ilə yox”.

İ.İsmayılov onun bu tələbləri ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədovanın söylədiyi fikirləri də şərh edib: “Gülçöhrə qadın olduğu üçün mən onun adını çəkmək istəmirəm. O mənə demişdi ki, guya mən ağlıma gələni danışıram. Ona demək istəyirəm ki, mən hüquqşünasam və bununla fəxr edirəm. Mən ağlıma gələni danışmıram, mən qanunun tələblərin danışıram. Ağlına gələni danışan onlardır. Bu yaxınlarda da mən Abel müəllimlə qarşılaşdım, normal salam verib keçdik. Onlar mənə nə deyə bilərlər? Mən şəxsi maraqlarımı güdmürəm, mən qanuna hörmət üçün bunu deyirəm. Hamı qanuna hörmət etməlidir”.

Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verdiyini də vurğulayan İ.İsmayılov aprelin 11-də işə baxılacağını söyləyib: “Mən 3 dəfə MSK-ya müraciət etsəm də, ancaq mənə cavab verməyib. Axı niyə cavab vermir? MSK cavab verməlidir müraciətimə. Mən bununla əlaqədar məhkəməyə müraciət etmişəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm