Nida.az
Putinin Bakı səfərinin şok səbəbi - MƏNBƏ
“Kreml Qarabağ münaqişəsinin nizama salınmasına dair
aralıq planını həyata keçirmək prosesini gücləndirir. Mayın sonuna
kimi Rusiya prezidenti Vladimir Putinin Bakıya və İrəvana baş
çəkəcəyinə dair informasiya da bu ehtimalı gücləndirir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq
Vitali Arkov deyib.
Onun sözlərinə görə, Moskvanın planı ən az 5 rayonun Azərbaycana
qaytarılması və Azərbaycanın nəzarəti altında yaradılacaq Dağlıq
Qarabağ muxtariyyəti ətrafında “təhlükəsizlik qayışı”nın
yaradılmasıdır: “Bunun qarşılığında Azərbaycanın Avrasiya İqtisadi
İttifaqına daxil olması istiqamətində iş başlayacaq”.
Ekspert diqqətə çatdırır ki, Qazaxıstan prezidenti Nursultan
Nazarbayev formal səbəb kimi Qələbə Günü bayramında Moskvaya gəldi:
“Məlumatlı mənbələrin məlumatlarına görə, əslində bu səfərin
məqsədi başqa olub. Belə ki, Nazarbayev Moskvada Azərbaycanın
ittifaqa üzvlüyü ilə bağlı geosiyasi sazişin detallarının
müzakirəsi məqsədilə olub. Məlum olduğu kimi, Nazarbayev Qarabağ
münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Məsələn
Ermənistanın ittifaqa üzv olması zamanı o, Qarabağ məsələsini
gündəmə gətirmişdi. O, Əliyevin fikirlərini ifadə edərək,
Ermənistanın Qarabağsız üzvlüyünü irəli sürdü”.
Ekspert iddia edir ki, Azərbaycan Avrasiya İttifaqına üzv
olarsa, onun vəziyyəti Ermənistandan daha yaxşı olacaq.
“İrəvan tamamilə çarəsizdir və buna görə Moskvaya
səssiz-səmirsiz qulaq asır. Bununla yanaşı, artıq reallıqdır ki,
indi Qarabağ münaqişəsində mövcud status-kvonu saxlamaq mümkün
deyil. Moskva artıq dərk etməlidir ki, İrəvan hazırki hərəkətləri
ilə ölkədə hakimiyyət dəyişməsini yaxınlaşdırır. Hazırki prezident
Serj Sarkisyan və onun Qarabağ komandası utanmadan Kremli
“sağırlar”, - deyə ekspert qeyd edib.
Asif Nərimanlı
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO