Nida.az
Ermənilərin nüvə qaçaqmalçılığı - FAKTLARIN SİYAHISI
Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur.
APA-nın xəbərinə görə, 1999-cu il mayın 22-də Ukraynanın Bereqovo
şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi
satmağa cəhd göstərib və bu ölkənin hüquq mühafizə orqanlarının
əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kiloqramı
üçün 35 000 dollar tələb ediblər.
2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində
kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ
keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan
gətirildiyi müəyyən olunub.
2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu
ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i
Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen
nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan
Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran
aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona
qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2,5 il müddətinə
azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul
olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna
işarədir.
2003-cü il dekabrın 29-da Ermənistan-İran sərhədində, Mehri
nəzarət-buraxılış məntəqəsində Metsamor AES-dən çıxarılan
Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral
təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə
malikdir.
2004-cü il martın 13-də Ermənistan-Gürcüstan sərhədində
(Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan
vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ
ictimailəşdirilməyib.
2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhədində (Sarpi
nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə
2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4
Ermənistan vətəndaşını saxlanılıb.
2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində
(Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın
Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan
avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. Lakin maddənin
özü tapılmayıb və buna görə də sərnişinlər azad edilərək
Ermənistana qaytarılıblar.
2010-cu ilin martında Tbilisidə biznesmen Smbat Tonoyan və Yerevan
Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların
alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89
faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb.
Tbilisidə məhkəmə prosesi zamanı müəyyən edilib ki, Tonoyan
potensial alıcıdan 120 qram zənginləşdirilmiş uran üçün əvvəlcə 8
milyon dollar tələb edib, lakin sonradan 1,5 milyon dollara qədər
qiyməti azaldıb. 18 qram məhsul nümunə kimi alıcıya nümayiş
etdirilməli idi. Müsadirə edilmiş uranı Tonoyana 2003-cü ildə
Gürcüstanda uran qaçaqmalçılığına görə həbs edilən Ermənistan
vətəndaşı Qarik Dadadyan verib. 2003-cü ildə radioaktiv
materialların qaçaqmalçılığı faktına görə məhkum olunmuş bu şəxs
yüngül həbs cəzası çəkdikdən sonra yenidən öz fəaliyyətini davam
etdirib.
2010-cu il sentyabrın 16-da Tbilisi hava
limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb.
Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və
0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb.
Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı
planlaşdırdıqları müəyyən edilib.
2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib.
2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində
(Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan
gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd
göstərən üç erməni həbs edilib.
2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti
tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200
qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki,
Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu
qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı
planlaşdırırmış.
Belə materialların İŞİD və "Əl-Qaidə" kimi terror qruplaşmalarının
əlinə düşəcəyi təqdirdə dünyanın bir çox ölkələrinin ciddi
fəlakətlə üzləşəcəyi şübhə doğurmur.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək