Səfirimiz etimadnaməsini Zimbabve Prezidentinə təqdim edib
Bizi izləyin

Nida.az

Səfirimiz etimadnaməsini Zimbabve Prezidentinə təqdim edib

Bu gün Azərbaycanın iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən səfiri Elxan Poluxov öz etimadnaməsini Zimbabve Prezidenti Robert Qabriel Muqabeyə təqdim edib.

Bu gün Azərbaycanın iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən səfiri Elxan Poluxov öz etimadnaməsini Zimbabve Prezidenti Robert Qabriel Muqabeyə təqdim edib.

Səfirlikdən verilən məlumata görə, etimadnamələrin təqdim edilməsi mərasimində səfir E.Poluxov Prezident R.Q.Muqabeyə Azərbaycanın Zimbabvedə ilk səfiri olmasından məmnun olduğunu bildirib və fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə dair bütün imkanlardan istifadə edəcəyini söyləyib.

Daha sonra səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını həmsöhbətinə çatdırıb.

Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra regionun lider dövlətinə çevrilməsini və bunun ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasət və onun davamçısı olan Prezident İlham Əliyevin addığı addımlar nəticəsində mümkün olduğu vurğulanıb.

Azərbaycanın Zimbabve ilə müxtəlif sahələrdə təcrübəsi ilə bölüşməyə hər zaman hazır olduğunu bildirən səfir bu prosesin qarşılıqlı olmasının tələb olduğunu söyləyib.

Öz növbəsində, Prezident R.Q.Muqabe Prezident İlham Əliyevə öz səmimi salamlarını çatdırmağı xahiş edib və ölkələr arasında münasibətlərin bundan sonra daha sürətlə inkişaf edəcəyinə ümüdvar olduğunu deyib./Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm