Vyanada Qarabağ görüşü: Prezidentlər hansı detalları müzakirə edə bilər?
Bizi izləyin

Nida.az

Vyanada Qarabağ görüşü: Prezidentlər hansı detalları müzakirə edə bilər?

“Prezidentlərin Vyanada görüşü baş tutarsa, əsas məsələ yenə də atəşkəsə əməl olunması ilə bağlı olacaq”.

Bu barədə Publika.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, tezliklə konkretləşdirilmiş qərar qəbul ediləcəyi inandırıcı görünmür: “Bu görüşün keçirilməsini ilk növbədə məhz ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan tərəfi daha çox istəyir. Bu həm ATƏT-in hesabatı üçün, həm də Ermənistanda yaranmış çətin bir durumla bağlıdır. Görüşdə ATƏT-in Minsk qrupunu təmsil edən dövlətlərin xarici işlər nazirlərinin də iştirakı gözlənilir və bu vacib məsələdir. Təbii ki, bu görüşə prezidentlərin, o cümlədən Azərbaycan prezidentinin razılıq verməsi mühüm məsələdir. Azərbaycan bu görüşə bizi qane edən şərtləri diktə edən tərəf kimi gedir. Bura BMT-nin qətnamələrinin yerinə yetirilməsi üçün mexanizm, Madrid və ya Kazan prinsipləri də daxildir. Bizim əsas şərtimiz ərazi bütövlüyümüz və suverenliyimizdir”.

Politoloq qeyd edib ki, Ermənistan Rusiyanın forpostu kimi çıxış edəcək: “Bununla onların havadarların da mövqeyi aydınlaşa bilər. Bundan başqa yəqin ki, ermənilər terrorçu qurum olan “DQR”-i tərəf kimi qələmə verməyə çalışacaqlar və bu da birmənalı şəkildə bizim tərəfimizdən qəbul edilməsi mümkün olmayan şərtdir. Bir sözlə konstruktiv danışıqların keçirilməsi mühüm bir addımdır, sülh yolu ilə əldə edilməsi mümkün olmayan məsələlər, güc nümayiş etdirməklə təcavüzkarın danışıqlar masasına əyləşdirilməsi ilə başa çata bilər”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü mayın 16-da Vyanada nəzərdə tutulur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm