• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Ermənilər “dördgünlük müharibə”də itkilərini açıqladı - RƏSMİ

  • Nida.az
  • 13 May 2016 15:38
  • 4 204 Baxış
Ermənilər “dördgünlük müharibə”də itkilərini açıqladı - RƏSMİ

Ermənistan Müdafiə Nazirliyi aprelin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərdə ölən və yaralanan hərbçilərin sayını açıqlayıb.

Publika.az xəbər verir ki, nazirliyin mətbuat katibi Artsrun Ovannisyan erməni tərəfinin 102 hərbçi itirdiyini bildirib.

Onun sözlərinə görə, 127 nəfər yaralanıb, həmçinin 14 erməni tankı məhv edilib.

Bu gün isə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, aprel döyüşlərində ermənilərin 320-dən artıq hərbçisi məhv edilib, 500-dən artıq hərbçisi yaralanıb, 30 tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu məhv edilib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>