Tural Abbaslıdan sonra onlar da Müsavatdan getdi - İSTEFALAR
Bizi izləyin

Nida.az

Tural Abbaslıdan sonra onlar da Müsavatdan getdi - İSTEFALAR

Tural Abbaslının Müsavatdan istefasından sonra onun qardaşı Toğrul Abbas da partiyadan gedib.

Publika.az xəbər verir ki, Toğrul Abbaslı ilə yanaşı Vüsal Qurbanlı, Samirə Həşimi, Vüsalə Əlizadə, Araz Teymurlu, Ayaz Teymurlu, Azad Ələsgərov və Tural Məmmədov Müsavatdan ayrıldığını bəyan ediblər.

Bir vaxtlar Müsavat Gənclər Təşkilatının aktiv üzvləri olmuş gənclər Tural Abbaslının Müsavatdan istefasından sonra partiya ilə yollarını ayırmağa başlayıblar. Onlar Tural Abbaslının həmtəsisçisi olduğu “Ağ blok”da fəaliyyətlərini davam etdirəcəklər.

İstefa verənlər partiyadan ayrılmalarının səbəbini Müsavatın sonuncu qurultayından sonra partiyada yaranan vəziyyətlə əlaqələndirirlər.

Qeyd edək ki, mayın 29-na “Ağ blok”un qurultayının keçirilməsi nəzərdə tutulur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm