Ermənistanın iki pilotsuz aparatı məhv edildi
Bizi izləyin

Nida.az

Ermənistanın iki pilotsuz aparatı məhv edildi

Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulmasına Müdafiə Nazirliyindən cavab verilib.

Publika.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur: “Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yayılan informasiyalar əsassızdır. Bildiririk ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.

Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm