Cəbhədə vəziyyət gərginləşdi: Tərtər ağır artilleriyadan atəşə tutulur - SON DƏQİQƏ
Bizi izləyin

Nida.az

Cəbhədə vəziyyət gərginləşdi: Tərtər ağır artilleriyadan atəşə tutulur - SON DƏQİQƏ

Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm