Con Kerri prezidentlərlə Qarabağ məsələsini müzakirə edəcək
Bizi izləyin

Nida.az

Con Kerri prezidentlərlə Qarabağ məsələsini müzakirə edəcək

Con Kerrinin dünya turu çərçivəsində müzakirə edəcəyi mövzulardan biri də Dağlıq Qarabağdır.

Axar.az xəbər verir ki, bu barədə mayın 13-də ABŞ Dövlət Dumasının rəsmi nümayəndəsi Con Kirbi deyib. Onun sözlərinə görə, 16-17 may tarixlərində Kerri Vyanada olacaq.

“Orada Con Kerri Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan görüşünə Rusiya və fransalı həmkarı ilə birgə qatılacaq”, - məlumatda qeyd olunub.

Kerrinin Vyanada İtaliya XİN başçısı Paolo Centiloni ilə yeni Liviya hakimiyyətinin dəstəklənməsi məsələsini müzakirə edəcəyi də gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında Vyanada mayın 16-da görüş keçiriləcəyi bildirilsə də, hələlik Azərbaycan rəsmi olaraq bu məlumatı təsdiqləməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm